Nəzakət Məmmədxanova məhkəmə zalında həbs edildi

Nəzakət Məmmədxanova məhkəmə zalında həbs edildi “Premium Bank” ASC-nin sabiq filial müdiri Nəzakət Məmmədxanova həbs edilib.

O, bankdan 461 min manat mənimsəməkdə təqsirli bilinib.

Onunla birgə bankın baş xəzinədarı da eyni ittihamla mühakimə edilib. Təqsirləndirilən xanımlar ikisi də azadlıqda idi.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Nəzakət Məmmədxanova 7 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

Samirə Əliyevaya isə şərti cəza verilib.

Qeyd edək ki, cinayət hadisəsi “Premium Bank”ın 5 saylı filialında baş verib.

Tehsil-press.az

Oxşar xəbərlər