BDU-nun nəzdində “Gənc istedadlar” liseyində art-terapiya yönümlü sessiya

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində art-terapiya yönümlü sessiya Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Sosial elmlər və psixologiya fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin VIII sinif şagirdləri üçün art-terapiya yönümlü sessiya keçirilib.

Şagirdlərin emosional durumuna, özünüifadə bacarıqlarının inkişafına və yaradıcı düşüncələrinin stimullaşdırılmasına yönələn sessiya zamanı sərbəst mövzularda rəsmlər çəkilib. Sakitləşdirici və klassik musiqi fonunda keçirilən məşğələlər şagirdlərin zehni və emosional olaraq rahatlamasına, çəkdikləri şəkillərdə düşüncələrini ifadə etmələrinə şərait yaradıb.

Sonda şagirdlərin çəkdikləri rəsmlərin müzakirəsi aparılıb. Mövzu ətrafında suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər