BDU-nun nəzdində “Gənc istedadlar” liseyində təhsil almaq üçün 1600-dək şagird imtahan verib

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində təhsil almaq üçün 1600-dək şagird imtahan verib Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinə 2021-2022-ci tədris ili üzrə V sinifə şagirdlərin qəbul imtahanı keçirilib.
Liseydə təhsil almaq üçün Azərbaycan və rus bölmələri üzrə 1600-dək şagird test üsulu ilə imtahan verib. İmtahan prosesi müvafiq qayda və meyarlara uyğun şəkildə təşkil olunub, şagirdlərə öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahan suallarından 25-i Ana dili (Azərbaycan dili və ya rus dili), 25-i riyaziyyat və 10-u isə məntiq üzrə olub.
Xüsusi karantin rejiminin tələblərinə əsasən şagirdlərin yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına buraxılış növbə əsasında və sosial məsafəni gözləməklə həyata keçirilib. İmtahan binasına daxil olan şagirdlərin məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin edilib.

Tehsil-press.az


Oxşar xəbərlər