"Gənc istedadlar" Bakı Dövlət Universiteti ilə tanış olublar

Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyinin 5 b sinif şagirdləri bu ali təhsil ocağında olublar. Liseyin təşkilat işləri üzrə direktor müavini Məleykə Bayramova və sinif müəlliməsi Mehparə İbadovanın rəhbərliyi ilə şagirdlər universitetin muzey, laboratoriya, idman kompleksinə baş çəkiblər. Universitetin müəllim və tələbələri ilə görüşən şagirdlərə BDU haqqında məlumat verilib, sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi

"Gənc istedadlar" Bakı Dövlət Universiteti ilə tanış olublar

Oxşar xəbərlər