Bəşər Əsəd də Qələbə paradına qatılacaq? – Kremldən açıqlama

Bəşər Əsəd də Qələbə paradına qatılacaq? – Kremldən açıqlama Moskva şəhərində 9 May Qələbə Günü münasibətilə keçiriləcək ənənəvi tədbirə Suriyanın sabiq prezidenti Bəşər Əsədin dəvət olunub-olunmayacağı ilə bağlı yayılan məlumatlara Kreml aydınlıq gətirib.

Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Bəşər Əsəd və sabiq Ukrayna prezidenti Viktor Yanukoviçin tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı sualına “Xeyr, belə bir plan yoxdur” cavabını verib.

Suriya ilə Rusiya arasında hərbi əməkdaşlıq mövcud olsa da, Əsədin tədbirdə iştirak etməməsi siyasi şərhçilər tərəfindən Moskvanın atdığı diplomatik addım kimi dəyərləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər