
Təlimlərə BDU ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti və Gəncə Dövlət Universitetinin nümayəndələri də qatılıb. Təlim zamanı ali təhsildə keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi mövzularında təqdimatlar edilib və müzakirələr aparılıb.
BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov təlimdə çıxış edərək, ali təhsil müəssisələrində keyfiyyət təminatı sistemlərinə dair müqayisəli təhlil təqdim edib və effektiv, dayanıqlı sistemlərin qurulmasının vacibliyini vurğulayıb.
Kırşehir Ahi Evran Universitetinin prorektoru Hüseyn Şimşek isə Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək, bu təşəbbüsün strateji tərəfdaşlıq baxımından mühüm rol oynadığını bildirib. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram Ofisinin koordinator müavini Kürşat Özdemir də bu cür təşəbbüslərin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Təlim proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Bu təşəbbüs Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində strateji tərəfdaşlığın gücləndirilməsi, keyfiyyət təminatı sahəsində davamlı inkişafın dəstəklənməsi və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Tehsil-press.az