“IQAinAR” layihəsi çərçivəsində növbəti təlim ADPU-da təşkil olunub

“IQAinAR” layihəsi çərçivəsində növbəti təlim ADPU-da təşkil olunub Bakıda Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası və Rusiyada ali təhsil müəssisələrində tədris, öyrənmə və qiymətləndirmə sahəsində təhsilin daxili keyfiyyət təminatının gücləndirilməsi” (“IQAinAR”) layihəsi çərçivəsində növbəti təlim təşkil edilib. Layihənin tərəfdaşı olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı və ev sahibliyi ilə keçirilən təlimlər yanvarın 19-dək davam edəcək.
Təlim səfərində “IQAinAR” layihəsinin koordinatoru olan Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin və “415 International BV” təşkilatının, Azərbaycan Respublikasının Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri Qalib Şərifov və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya və lisenziya şöbəsinin baş məsləhətçisi Heydər Rzayev Azərbaycanın ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin tətbiqi barədə təqdimat ediblər.
ADPU 2021-ci ildən bu layihədə tərəfdaş qismində iştirak edir.

Tehsil-press.az


Oxşar xəbərlər