
Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü Yaşar Alxasovun verdiyi xəbərə görə, konfransda Ağsaqqallar Şurasının sədri, Tibb Universitetinin professoru Vaqif Şadlinski məruzə ilə çıxış edib.
O, ötən seçkidən sonra görülən işlərdən danışıb.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin üzvü Eldar Quliyev və Milli Məclisin üzvü Asif Əsgərov çıxışlarında görülən işləri qənaətbəxş hesab ediblər.
Yığıncaqda Vaqif Şadlinski yenidən Nəsimi rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Tehsil-press.az