
Nizami Gəncəvi adına Kitabxana Klubda daha bir tədbir nasir, dramaturq, görkəmli yazıçı və tanınmış ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə keçirilib. Tədbirdə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərinin müzakirəsi keçirilib. Tədbiri böyük kitabxanaçı Dilarə Ağakişiyeva açaraq əsər haqqında oxuculara geniş məlumat verib. Sonra əsərlə bağlı oxucuların fikirləri dinlənilib. Qeyd olunub ki, doğma ana dilinin sahibi onu qoruyub saxlayan sadə xalq kütlələridir. “Anamın kitabı” böyük tərbiyəvi əhəmiyyətə malikdir. Tədbirin sonunda “Ədəbiyyatın sönməyən günəşi” adlı sərgidən biblioqrafik xülasə verilib.
Mətbuat Xidməti

