Nazir ailəsi ilə səfərə çıxdı, araşdırma başladı

Nazir ailəsi ilə səfərə çıxdı, araşdırma başladı Bir müddət əvvəl impiçment riski ilə üzləşən İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqi, daha bir ittihama tuş gəlib.

Söhbət Sadiqinin ailəsi ilə birlikdə Kiş adasına səfər etməsindən gedir.

Belə ki, nazir ailə üzvləri ilə bir neçə günlük Kiş adasında səfərdə olub və istirahət edib. Pezeşkian hökumətinə müxalif olan deputatlar dərhal məsələnin araşdırılması tələbi ilə çıxış ediblər. Deputat Fətullah Təvəssüli bildirib ki, bu məsələ mütləq araşdırılmalıdır. “Onların hansı pulla bu səfəri etdikləri dəqiqləşdirilməli və ictimaiyyətə açıqlanmalıdır. Büdcənin pulu ilə nazir istədiyini edə bilməz”.

Tehsil-press.az

Oxşar xəbərlər