Nazir müavini olan xanımı əri və uşaqları ilə birgə döydülər

Nazir müavini olan xanımı əri və uşaqları ilə birgə döydülər Ukraynanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Yuliya Klimenko əri və uşaqları ilə birlikdə Kiyev vilayətinin Pereyaslav-Xmelniüki şəhərində döyüldüyünü bildirib.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, Y.Klimenko bu barədə Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.
Buna səbəb dayanacaqda avtomobil saxlanılması ilə əlaqədar anlaşılmazlıq olub. “Nissan” markalı bir minik avtomobilinin sürücüsü 15 saniyə avtomobilə siqnal verib, daha sonra avtomobilindən çıxaraq nazir müavininin ailəsinin olduğu avtomobilə yaxınlaşıb. Təhqiramiz sözlər işlədən şəxs nazir müavininin avtomobildə olan böyük oğlunun başına zərbələr endirib. Nazir müavini və əri avtomobildən düşərək nə baş verdiyini aydınlaşdırmağa çalışıblar. Bu zaman “Nissan” markalı avtomobildə olan sərnişin də düşüb və sürücü ilə birlikdə nazir müavini və ailə üzvlərini döyməyə başlayıblar. Ciddi xəsarət alan nazir müavini və ailə üzvləri həkim müayinəsindən keçib, daha sonra 5 saat polis şöbəsində ifadə verib. Faktla bağlı cinayət işi açılıb.

Tehsil-press.az

Oxşar xəbərlər