Azərbaycanda yeni liqanın yaradılması TƏXİRƏ SALINDI

Azərbaycanda yeni liqanın yaradılması TƏXİRƏ SALINDI Azərbaycanda III Liqanın yaradılması bu il baş verməyəcək.

Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.

Redaksiyamıza daxil olan xəbərə görə, ideyanın gerçəkləşməsi ən yaxşı halda 2026-cı ilin yayınadək ertələnib.

Bunun da tutarlı səbəbi var. Federasiya rəhbərliyi yarışın ilk dəfə təşkili üçün lazımı qədər maliyyə mənbəyi tapmayıb.

Sözügedən layihə iki ildir masanın üzərindədir. Fikir bundan ibarətdir: bölgələrədə futbolun kütləviliyini artırmaq, yeniyetmə və gənclərin yolunu açmaq.

Plana əsasən, burada üstünlük rayon komandalarına veriləcək. Onlar isə Region Liqasının mənsubları arasından seçiləcək.

Çempionatın qalibi birbaşa II Liqaya vəsiqə qazanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər