
Üçgünlük festivalda hər gün iki oyun keçirilib. Oyunlarda 10-18 komanda iştirak edib. Festivalın sonunda ADNSU-nun “Azneft” ŞHK komandası 125 komanda arasından Beynəlxalq Tələbələr Liqasına vəsiqə qazanıb.
Xatırladaq ki, ADNSU-nun “Azneft” ŞHK komandası Azərbaycan regional ŞHK liqasının 2016 və 2017-ci illərin ikiqat çempionu tituluna layiq görülən və 5 oyun ərzində 7 kubok qazanan yeganə komanda kimi adını ŞHK tarixinə qızıl hərflərlə yazıb. Komandamız Rusiyanın Soçi şəhərində keçirilmiş “KiViN-2018” XXIX Beynəlxalq ŞHK festivalında da müxtəlif ölkələrdən olan 654 komanda arasında uğurla çıxış edib.
ADNSU-nun Mətbuat Xidməti