Hadisə şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.
64 yaşlı Hacıyev Əhliman Səlim oğlu yaşadığı evin həyətində ölü halda tapılıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Ajans.az xəbər verir ki, 3 uşaq atası olan mərhum Ağdaş Su meliorasiya sistemlərinin istismarı idarəsinin şöbə müdiridir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.
Tehsil-press.az