BDU-da infosessiya: “Karyera xəritəsi necə hazırlanmalıdır?”

BDU-da infosessiya: “Karyera xəritəsi necə hazırlanmalıdır?” Bakı Dövlət Universitetində (BDU) Karyera Festivalı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Karyera və məzunlarla iş Mərkəzinin və "BDU könüllüləri" təşkilatının birgə təşkilatçılığı ilə "Karyera xəritəsi necə hazırlanmalıdır?" mövzusunda infosessiya keçirilib.

Dövlət Məşğulluq Agentliyinin mütəxəssisi Aytən Rəşidli tələbələrə karyera planlamasının mərhələləri, fərdi bacarıq və maraqlara əsaslanaraq məqsədə çatma yolları, hədəflərin reallığa uyğun qurulması və inkişaf strategiyalarının müəyyənləşdirilməsi ilə bağlı ətraflı məlumat verilib.

Sessiyada karyera xəritəsinin təkcə peşə seçimi deyil, həm də uzunmüddətli şəxsi və peşəkar inkişaf üçün yol xəritəsi olduğunu vurğulanıb. Qısa, orta və uzunmüddətli planların hazırlanması, rəqəmsal alət və resurslardan – karyera planlaşdırma platformaları, CV generatorları, interaktiv testlər və peşə yönümlü kurslardan faydalanma yolları barədə praktiki nümunələr təqdim olunub.

Sessiyanın sonunda tələbələrin sualları cavablandırılıb, real nümunələr əsasında interaktiv müzakirələr aparılıb və iştirakçılara faydalı tövsiyələr verilib.

BDU-da infosessiya: “Karyera xəritəsi necə hazırlanmalıdır?”
BDU-da infosessiya: “Karyera xəritəsi necə hazırlanmalıdır?”
BDU-da infosessiya: “Karyera xəritəsi necə hazırlanmalıdır?”


Tehsil-press.az

Oxşar xəbərlər