Azərbaycan Texniki Universitetində karyera sərgisi

Azərbaycan Texniki Universitetində karyera sərgisi Azərbaycan Texniki Universitetində (AZTU) bu ali məktəbin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin birgə təşkilatçılığı ilə karyera sərgisi keçirilib.
Sərgi tələbə və məzunların karyera imkanlarının artırılması, işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradılması, əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyıb.
Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev və Bakı Şəhər Məşğulluq İdarəsinin rəisi Elnur Əliyev çıxış ediblər. Bildirilib ki, Azərbaycanda gənclər arasında məşğulluq səviyyəsinin yüksəldilməsi dövlətin məşğulluq siyasətinin mühüm tərkib hissəsidir, bu istiqamətdə davamlı olaraq müxtəlif tədbirlər keçirilir. Karyera sərgisi məzunların əmək bazarına çıxışının dəstəklənməsinə, onların işəgötürənlərlə ilkin əlaqələr qurmasına xidmət edir.
Sonra sərgiyə baxış keçirilib.
Sərgidə tələbə və məzunlara 62 müəssisədən 300-2000 manat əməkhaqqı müəyyən olunan ümumilikdə 236 vakant iş yeri və təcrübə proqramları təklif olunub.
Dövlət Məşğulluq Xidmətinin nümayəndələri tələbə və məzunlara məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri, həmçinin özünüməşğulluq proqramı, peşə hazırlığı və əlavə təhsil kursları barədə məlumatlar verib.
AzTU-nun 1500-ə yaxın tələbə və məzununun iştirak etdiyi sərgidə işəgötürənlərin nümayəndələri onlardan CV qəbul ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər