İştirakçılar üçün qlobal maliyyə sistemində baş verən prosesləri anlamaq və dayanıqlı inkişafın vacibliyini dərk etmək baxımından xüsusi önəm daşıyan təlimin məqsədi gəncləri maliyyə qərarlarında ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə faktorlarının artan roluna dair məlumatlandırmaq, onları yeni dövrün işgüzar meyarları ilə tanış etmək olub. Qeyd olunub ki, ekoloji, sosial və korporativ idarəetmə (ESG) biznesin ətraf mühitə və cəmiyyətə təsirini, həmçinin biznesin nə qədər şəffaf və etibarlı fəaliyyət göstərdiyini ölçən meyarlar, rəhbər ideyalar məcmusudur.
Təlim interaktiv formada davam edib. Xüsusilə iqtisadiyyat, maliyyə və hüquq ixtisasları üzrə təhsil alan tələbələr bu sahədə karyera imkanları ilə maraqlanıblar.
Tehsil-press.az