Plastik tullantıların ətraf mühitə mənfi təsiri barədə maarifləndirici tədbir

Plastik tullantıların ətraf mühitə mənfi təsiri barədə maarifləndirici tədbir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecində “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsir amilləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Kollecin direktoru, dosent Oruc Məmmədov tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 7 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasından irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında məlumat verib. O.Məmmədov plastik tullantıların ətraf mühitə mənfi təsiri nəzərə alınaraq bu sahədə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət aparıldığını bildirib.
UNEC-in Fizika və kimya kafedrasının dosenti Dürdanə İbrahimova isə “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsir amilləri” mövzusunda təqdimatla çıxış edib.
Sonda tələbələrin sualları cavablandırılıb.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər