ADDA 2025/2026-cı tədris ili üzrə təkrar ali təhsil üçün sənəd qəbulu elan edir

ADDA 2025/2026-cı tədris ili üzrə təkrar ali təhsil üçün sənəd qəbulu elan edir ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) 2025/2026-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə qiyabi formada ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:

• 050605 – Dəniz naviqasiyası mühəndisliyi

• 050609 – Gəmi energetik qurğularının istismarı mühəndisliyi

Təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada portal.edu.az platforması vasitəsilə həyata keçirilir.

Sənədlərin qəbulu 2 iyun 2025-ci ildən 20 avqust 2025-ci il tarixinədək aparılacaq.

Portal.edu.az-da qeydiyyatdan keçmiş şəxslər Akademiyaya aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Rektorun adına ərizə

- Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surəti

- İş yerindən arayış (işləyənlər üçün)

- 3x4 ölçüdə 6 ədəd foto

- Şəxsiyyət vəsiqəsinin surəti

- Sağlamlıq haqqında arayış

- Yaşayış yerindən arayış

Tələbələr təhsil aldıqları müddətdə nəzəri diplomla yanaşı, işçi diplom, dənizçinin qeyd kitabçası, dənizçinin şəxsiyyət sənədi və müvafiq sertifikatlarla təmin olunurlar.

Təhsil haqqı 3800 AZN-dir.

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Akademiyada təkrar ali təhsil ala bilərlər. Təkrar ali təhsilə sənəd verən şəxslərin təhsil məlumatları ”Tələbə-Məzun” dövlət elektron məlumat sistemində (DEMS) əks olunmalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər