UNEC-də təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu aparılır

UNEC-də təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu aparılır Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2023/2024-cü tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu aparılır.
Sənədlər avqustun 31-dək qəbul ediləcək. Təkrar ali təhsil almaq istəyənlər UNEC-in saytında qeyd olunan sənədləri elektron formada təqdim etməlidirlər.
Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər. 2023/2024-cü tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün ixtisasların siyahısı və əlavə məlumatla universitetin saytında tanış olmaq mümkündür.

Tehsil-press.az





Oxşar xəbərlər