Baydenin əfv qərarları araşdırılır: Ailəsi və 37 məhkum istintaq altında

Baydenin əfv qərarları araşdırılır: Ailəsi və 37 məhkum istintaq altında ABŞ Ədliyyə Nazirliyi ABŞ-nin sabiq lideri Co Baydenin prezidentlik müddətinin son günlərində ailə üzvlərini və məhkumları əfv etməsi ilə bağlı istintaq aparmaq göstərişi alıb.

Bu barədə əfv məsələləri üzrə prokuror Ed Martin bəyan edib.

Bildirilir ki, sabiq prezidentin səlahiyyətlərinin olub-olmadığı araşdırılacaq, həmçinin əfv sənədlərinin Baydendən gizli şəkildə, prezidentin imzasını təqlid edən avtomatik qələm vasitəsilə başqa şəxslər tərəfindən imzalanıb-imzalanmadığı aydınlaşdırılacaq.

Qeyd olunur ki, istintaq ABŞ-nin sabiq prezidentinin ailə üzvlərinin əfv olunması məsələsini və eyni zamanda, ölüm hökmü ömürlük həbslə əvəz edilən 37 məhkumun işini əhatə edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər