Apellyasiya məhkəməsi Nikola Sarkozi barədə hökmü qüvvədə saxlayıb

Apellyasiya məhkəməsi Nikola Sarkozi barədə hökmü qüvvədə saxlayıb Parisin apellyasiya məhkəməsi korrupsiya və nüfuz alveri işi üzrə bir il həbs cəzasına məhkum olunan Fransanın sabiq prezidenti Nikola Sarkozi barədə hökmü qüvvədə saxlayıb.
Apellyasiya məhkəməsi sabiq-prezidenti seçkilərdə namizədliyini irəli sürmək hüququndan da məhrum edib.
Xatırladaq ki, bundan əvvəl məhkəmə 2007-ci ildə Nikola Sarkozinin seçki kampaniyasının Liviya tərəfindən maliyyələşməsi üzrə təhqiqat çərçivəsində ona bir il həbs və iki il şərti azadlıqdan məhrumetmə cəzası vermişdi. Cinayət işi sabiq dövlət başçısının öz vəkili ilə telefon danışığının dinlənilməsi nəticəsində 2014-cü ildə açılmışdı.
Beləliklə, Nikola Sarkozi Fransanın real həbs cəzasına məhkum edilən ilk prezident olub.

Tehsil-press.az



Oxşar xəbərlər