Əmək hüquqlarını pozan şirkət 20 min manat məbləğində cərmələnib

Əmək hüquqlarını pozan şirkət 20 min manat məbləğində cərmələnib İşçinin əmək hüquqlarını pozan şirkət 20 min manat məbləğində cərmələnib.

Baş Prokurorluqdan verilən məlunmata görə, "Billur Fimrası” MMC tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) şəxsin Tovuz rayonu ərazisində yerləşən "Billur Petrol” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda Cəmiyyətin direktoru Dəmirov İlham Kamıl oğlu barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qazax-Tovuz regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində cərimə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər