Alim Qasımovdan tənqidlərə cavab – “Necə qəbul edirlərsə, öz işləridir”

Alim Qasımovdan tənqidlərə cavab – “Necə qəbul edirlərsə, öz işləridir” Xalq artisti Alim Qasımov toy məclislərinin birində rep oxumasını tənqid edənlərə cavab verib.

Xalq artisti açıqlamasında yayılan görüntülərdə repin peşəkar ifa olmadığını bildirib.

“Mən zarafat etmişəm. İnsanlar bunu necə qəbul edirsə, öz işlərdir, Allah canlarını sağ etsin. Camaat üç- dörd nəfərlə zarafat edir, mən isə toy mərasimində zarafat etdim. Bunu isə çəkib yayıblar. Təbii ki, peşəkar ifa deyil”,- deyə Xalq artisti bildirib.

Qeyd edək ki, Alim Qasımov toy mərasimlərinin birində səhnəyə çıxaraq “Bayaq burada ritm tuturdunuz…”,- deyərək rep deyib. Həmin görüntülər isə sosial şəbəkələrdə tənqid edilib.

Tehsil-press.az


Oxşar xəbərlər