
Bu fikri energetika nazirinin müavini Elnur Soltanov VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında səsləndirib.
O bildirib ki, insanlıq tarixdə heç vaxt bu qədər yaxşı şəraitdə yaşamayıb və bu, ölkələrin iqtisadi inkişafı ilə bağlıdır:
"Lakin inkişaf sənaye inqilabı ilə yanaşı, böyük miqdarda enerji istehlakını da tələb edib. İqlim dəyişikliyini təkcə enerji ilə əlaqələndirmək doğru deyil".
Onun sözlərinə görə, atmosferə atılan tullantıların 30%-i kənd təsərrüfatı, tullantı sektoru və digər sənaye sahələrinin payına düşür:
"Məsələn, sement istehsalı zamanı karbon dioksid buraxılır və bu, yaşıl enerji ilə də qarşısı alınmayan prosesdir".
Nazir müavini əlavə edib ki, tullantıların əsas mənbəyi inkişaf etmiş ölkələrdir:
"Çünki iqtisadiyyat böyüdükcə karbon izi də artır. Bu emissiyaların qarşısını almaq mümkündür, lakin bu, çox böyük maliyyə tələb edir. Daha təmiz iqlim üçün daha çox vəsait xərclənməlidir".
Tehsil-press.az