Polimer Materialları İnstitutunda doktorluq imtahanı keçirilib
11 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunda 2304.01- “Makromolekullar kimyası” və 2318.01 - “Kompozit materialların kimyası və texnologiyası” ixtisas fənləri üzrə doktorluq imtahanı keçirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədovun 2 iyun 2025-ci il tarixli 45 №-li əmrinə əsasən doktorluq imtahanının qəbulu ilə əlaqədar institutda imtahan komissiyası yaradılıb.
Polimer Materialları İnstitutunun sabiq doktorantları Aidə Dünyamalıyeva 2318.01 - “Kompozit materialların kimyası və texnologiyası”, Aysel Rzayeva isə 2304.01 - “Makromolekullar kimyası” ixtisas fənləri üzrə doktorluq imtahanında iştirak ediblər.
Bilet üsulu ilə keçirilən imtahan bitdikdən sonra nəticə komissiya tərəfindən elan olunub.
Tehsil-press.az
- Baxış: 390
Xəbərin tarixi: 12.06.2025 / 21:38
-
Oxşar xəbərlər