Polimer Materialları İnstitutunda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və Qələbənin 80 illiyinə həsr olunan iclas keçirilib

Polimer Materialları İnstitutunda Heydər Əliyevin anadan olmasının 102-ci  ildönümünə və Qələbənin 80 illiyinə  həsr olunan iclas keçirilib 8 may 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi Şuranın Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və Qələbə Gününə həsr olunan iclası keçirilib. İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq iclas iştirakçılarını gündəlikdə olan məsələlər ilə tanış edib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Böyük Vətən Müharibəsində, eləcə də, Vətən müharibəsində canlarından keçən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra Bəxtiyar Məmmədov Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən, dövlət quruculuğu yolunda müstəsna fəaliyyətindən, Azərbaycan Respublikasının xarici siyasətinin, iqtisadiyyat, təhsil, elm, mədəniyyət və s. sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz rolundan bəhs edib.

Daha sonra Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının düşmənlə döyüşlərdə ön və arxa cəbhədə göstərdiyi misilsiz şücaətindən danışıb. Azərbaycan neftinin müharibənin uğurla aparılması üçün mühüm amillərdən biri olduğunu vurğulayıb. O, müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyəcəyini, gənc nəslə vətənpərvərlik nümunəsi olacağını qeyd edib.

Daha sonra institutun icraçı direktoru kimya elmləri doktoru, dosent Kazım Quliyev və başqalarının Ümummilli Lider Heydər Əliyevin xidmətləri və faşizm üzərində qələbə haqqında çıxışları dinlənilib.

Polimer Materialları İnstitutunda Heydər Əliyevin anadan olmasının 102-ci  ildönümünə və Qələbənin 80 illiyinə  həsr olunan iclas keçirilib
Polimer Materialları İnstitutunda Heydər Əliyevin anadan olmasının 102-ci  ildönümünə və Qələbənin 80 illiyinə  həsr olunan iclas keçirilib
Polimer Materialları İnstitutunda Heydər Əliyevin anadan olmasının 102-ci  ildönümünə və Qələbənin 80 illiyinə  həsr olunan iclas keçirilib
Polimer Materialları İnstitutunda Heydər Əliyevin anadan olmasının 102-ci  ildönümünə və Qələbənin 80 illiyinə  həsr olunan iclas keçirilib
Polimer Materialları İnstitutunda Heydər Əliyevin anadan olmasının 102-ci  ildönümünə və Qələbənin 80 illiyinə  həsr olunan iclas keçirilib
Polimer Materialları İnstitutunda Heydər Əliyevin anadan olmasının 102-ci  ildönümünə və Qələbənin 80 illiyinə  həsr olunan iclas keçirilib


Tehsil-press.az

Oxşar xəbərlər