Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır.

Bu il respublikada ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 min nəfərə yaxın şagird məzun olur. Onlardan 33 517 nəfəri Bakıdakı məktəbləri bitirir.

Məktəblərin “Son zəng”lə yola saldığı məzunlar arasında bəzi jurnalistlərin övladları da var. Ənənəmizə sadiq qalaraq, bu il də məzun olan həmkarlarımıza diqqətlə yanaşdıq.

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin qızı Gülcan üçün son zəng Bakı Türk Liseyində səslənib. Gülcanın arzusu tibb sahəsində təhsil almaq, həkimlik peşəsinə yiyələnməkdir.
“Gülcanın arzuladığı kimi xalqımıza, dövlətimizə layiqli kadr, həkim olacağına inamımız sonsuzdur. Ali məktəbə qəbul xəbərini səbirsizliklə gözləyirik. Yolun açıq olsun, qızım”, - deyə Elnur Niftəliyev valideyn olaraq sevinc hisslərini ifadə edib.

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


“Bakivaxtı.az” saytının baş redaktoru Qalib İbrahimoğlunun övladı Murad Məmmədli də Bakı Türk Liseyini bitirib.

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


“Bizimyol.info” saytının əməkdaşı İradə Cəlilin oğlu Səməd Əlizadə 11-ci sinfi 212 nömrəli məktəbdə başa vurub.

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


"Matc.az" saytının baş redaktoru İxtiyar Əsgərovun qızı Kifayət Əsgərova 162 saylı orta məktəbdən məzun olub. Kifayətin arzusu Bakı Dövlət Universitetinə qəbul olmaqdır.

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


“Yenicag.az” saytının direktoru Aqil Ələsgərin oğlu Amin Fərəcov üçün də bu gün son zəng çalınıb.

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


Telejurnalist, Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin redaktoru Könül Rəhim "Son zəng" gününü ilk dəfə valideyn kimi yaşayanlardandır. Onun övladı Mikayıl Șıxılı Sumqayıt şəhərindəki Humanitar və təbiət-riyaziyyat təmayüllü "İstedad" liseyindən məzun olur.
Həmkarımız sevincini bu cur ifadə edib: “11 il əvvəl əlindən tutub məktəbə apardığımız bu sarışın oğlan bu gün bizi məzun olaraq öz "Son zəng”inə aparıb. İzah edilməyəcək dərəcədə xoş hisslərdir".

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


"Aznews.az”ın baş redaktoru Taleh Şahsuvarovun oğlu Özgür Şahsuvarlı məzun adını 49 saylı "İntellekt" məktəb-liseydən qazanıb. Özgürün hədəfi bu il ali məktəb tələbəsi olmaqdır.

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


"Unikal.az”ın redaktoru Hüseyn İsgəndərovun oğlu Rəvan İsgəndərli də orta məktəblə vidalaşıb. Onun üçün indi əsas məsələ ali məktəb tələbəsi adını qazanmaqdır.

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


"CBC Sport" telekanalının aparıcısı Pərviz Musayevin oğlu Osman Musayev 160 saylı Klassik Gimnaziyadan məzun olub.

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin müdiri Mayis Musayevin oğlu Məhəmməd Musayev də elə həmin ümumtəhsil ocağını - 160 saylı Klassik Gimnaziyanı başa vurub.

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İlkin Ağayevin oğlu Turqay Ağayev bu il orta məktəbə "əlvida" deyən məzunlardandır.

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


"Azedu.az" təhsil portalının redaktoru Ləman Novruzovanın qardaşı 11-ci sinifdən məzun olub.

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


"Bakivaxtı.az” xəbər portalının təsisçisi İqbal Alısoyun iki övladı - Duyğu Alısoy və İsmayıl Alısoy orta məktəbi başa vurublar.

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


"Qafqazinfo"nun redaktoru Gülşən Raufqızının övladı Gülnur məzun adını qazanmaqla valideynlərinə sevinc yaşadıb. "Bu gün göz yaşlarım sel olub axdı bu qız üçün. Ömrümdə ilk dəfə danışmağa bu qədər çətinlik çəkdim. Yolun, bəxtin açıq olsun, gözəl balam!", - deyə həmkarımız övladı barədə sevincini bölüşüb.

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


İcbari Sığorta Bürosunun əməkdaşı, "Monetar.az" saytının rəhbəri Neyman Səfərəliyevin oğlu bu il 11-ci sinfi başa vuran məzunlar sırasında yer alır. Həmkarımız övladı ilə bağlı hisslərini bölüşüb:
"Məktəb illəri sona çatdı! 11 il boyunca “oyan, dərsə gecikərsən”, “ev tapşırığını eləmisən?”, “telefondan bir az uzaq dur!” kimi sözləri o qədər dedik ki...Çox çalışdı, əzmkarlıq gostərdi, indi yeni bir mərhələyə qədəm qoyur.Səninlə fəxr edirik! Yolun açıq, gələcəyin parlaq olsun!"

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


Azərbaycan Jurnalistlər Birliyinin üzvü, mədəniyyət yazarı, kino araşdırmaçısı, prodüser Vasif Ayanın qızı Ayan da bu gün "Son zəng" mərasiminin sevincini yaşayan məzunlar arasındadır.

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


"Bizimmedia.az" saytının rəhbəri Anar Tahirovun oğlu Fuad bu gün orta məktəbi bitirən minlərlə gəncdən biridir. Həmkarımız oğlunun məzun olmasına reaksiyasını belə ifadə edib: "Əziz məzunlar, bu gün sizlər üçün qürur, sevinc və bir az da həyəcan doludur. Qarşınızda sizi gözləyən uzun bir yol var. İnanıram ki, bilik və zəhmətinizlə bu yolu uğurla gedəcək, ailənizi, müəllimlərinizi və Vətənimizi daim qürurlandıracaqsınız. Hər bir məzunumuzu təbrik edir, sağlam, uğurlu bir gələcək arzulayıram. Məzun 2025 – yolunuz açıq, uğurunuz bol olsun!"

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


"Cebhe.info" saytı və "Cümhuriyət" qəzetinin redaktoru Elnarə Kərimova da oğlunun məzun olmasına görə sevinib: "Sən mənim bu dünyadakı iki sərvətimdən birisən. Məktəbi bitirdin. Əsl imtahan indi başlayır. Bayraq tutan əlin heç titrəməsin!"

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


"Səs" qəzetinin əməkdaşları Lalə Mehralı və Elçin Bayramov cütlüyünün oğlu Altay 162 nömrəli tam orta məktəbdən məzun olub.

Jurnalist övladları üçün də “Son zəng” çalındı - FOTOLAR


Azərbaycan Beynəlxalq Bankının Mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli də məzun atası kimi bu gün sevinən jurnalistlərdəndir.

Tehsil-press.az


Oxşar xəbərlər