
Dəyişiklik “Məzun evi” Sosial Müəssisəsində məskunlaşmış peşə təhsili müəssisələrində əyani təhsil alan şəxslərlə bağlıdır.
Dəyişikliyə əsasən, “Məzun evi” Sosial Müəssisəsində məskunlaşmış peşə təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin kommunal xərcləri onların təhsil aldığı müddətdə “Məzun evi” Sosial Müəssisəsi tərəfindən ödəniləcək.
Xatırladaq ki, “Məzun evi” Sosial Müəssisəsi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlar üçündür.
Tehsil-press.az