Məktəb-liseyin məzunlarının uğuru

Məktəb-liseyin məzunlarının uğuru Bakı şəhəri 70 nömrəli məktəb-liseyin iki məzunu medala layiq görülüb.
Bu barədə Tehsil-press.az-a məktəb-liseyin direktoru Ülviyyə İsmayılova məlumat verib. Bildirilib ki, 2018-2019-cu tədris ilində məktəb-liseyi 142 şagird bitirib. Məzunlardan Aqil Zəkəriyə qızıl, Nurlan Ağayev isə gümüş medalla təltif olunub. Hər iki məzun xarici ölkə universitetlərinə qəbul edilib.
Məktəb-liseyin məzunları hər il yüksək ballar toplayaraq Azərbaycanın və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunurlar.
Xatırladaq ki, Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb. Əmrə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 112 məzun qızıl, 67 məzun gümüş medalla təltif olunub.

Tehsil-press.az

Oxşar xəbərlər