BANM-ın məzun günündə unudulmaz anlar

BANM-ın məzun günündə unudulmaz anlar Bu il “Bakı Ali Neft Məktəbinin məzunu” adını qazanan tələbələr üçün möhtəşəm məzun günü keçirilib.
“Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə Ali Məktəbi bitirən tələbələr elə məzun günündə öz diplomlarını əldə ediblər.
Məzunlar arasından 12 nəfər isə Ali Məktəbi fərqlənmə diplomu ilə bitirib.
Qeyd edək ki, hər zaman sahə üzrə dərin bilikləri, praktiki təcrübələri və dil biliyi ilə seçilən BANM-ın məzunları daim yerli və xarici şirkətlərin diqqət mərkəzindədirlər. Keçənilki məzunlar kimi 2018-ci il məzunları da hələ diplom almamış şirkətlər tərəfindən iş təklifi əldə ediblər.
Bakı Ali Neft Məktəbinin Məzun Günündən olan o unudulmaz anı – papaqatma mərasimini sizlərə təqdim edirik.

Hikmət Əliyev

Oxşar xəbərlər