Aqrar Xidmətlər Agentliyində "İnsan Hüquqları Aylığı”na həsr olunmuş tədbir keçirilib

Aqrar Xidmətlər Agentliyində Tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin olunması daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Xüsusilə, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi hüquqi dövlət quruculuğuna, insan hüquqlarının qorunmasına və milli suverenliyin möhkəmləndirilməsinə verilən yüksək dəyərin bariz nümunəsidir.

Cəfər Məhərrəmov qeyd edib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilib və bu sənəd insan hüquq və azadlıqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Əsası ümummilli liderimiz tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquqi islahatlar insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə, icra və məhkəmə prosesində təmininə, habelə dayanıqlı inkişafa yönəlib.

Tədbirdə çıxış edənlər insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qəbul olunmuş normativ hüquqi sənədlər, habelə Agentliyə daxil olan vətəndaş müraciətlərinin vaxtında cavablandırılması və icrasına nəzarətin təmin olunması barədə məlumat veriblər.

Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər