Belə ki, BDU-nun “Enactus” komandası 18 ali təhsil müəssisəsinin komandaları arasında II yerə layiq görülərək, “Enactus Azərbaycan” Milli Yarışına vəsiqə qazanıb.
Qeyd edək ki, “Enactus” proqramının əsası 1975-ci ildə ABŞ-də qoyulub. Bu beynəlxalq platforma biznesin müsbət gücündən istifadə edərək, daha yaxşı və davamlı gələcək qurmağa çalışan tələbələri, akademikləri və biznes liderlərini bir araya gətirir. “Enactus” dünyanın 35-dən çox ölkəsində fəaliyyət göstərən geniş və fəal qlobal şəbəkədir.
Tehsil-press.az