Bu barədə İranın dövlət radio və televiziya şirkəti özünün teleqram kanalında məlumat yayıb.
“İran İslam Respublikasının Səsi” katibliyinin əməkdaşı Məsumə Əzimi İsrailin zərbəsindən sonra partlayış dalğası nəticəsində həlak olub”, - paylaşımda bildirilir.
Qeyd edək ki, İsrail ötən gün İranın əsas teleradio yayımı şirkəti olan IRIB-in binasına zərbələr endirib. IRIB-nin ictimaiyyətlə əlaqələr şöbəsi radio və televiziya xidmətlərində mümkün fasilələr barədə xəbərdarlıq edib. Hücum anı canlı yayımda lentə alınıb.
Tehsil-press.az