Əsgər yanına gedən ailənin yaşadığı faciə- 3 nəfərin öldüyü hadisənin səbəbi bu imiş

Əsgər yanına gedən ailənin yaşadığı faciə- 3 nəfərin öldüyü hadisənin səbəbi bu imiş Göygöldə üç nəfərin ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılıb. Dəhşətli qəzanın baş vermə səbəbi məlum olub. Sürücünün siqaret yandırmaq üçün etdiyi ani diqqətsizlik faciə ilə nəticələnib.

Qəza hadisəsi 2024-cü ilin avqust ayında Göygöl rayonu ərazisində baş verib. Şəmkir rayon sakinləri Hadrutdan əsgər ziyarətindən qayıdan zaman qəzaya düşüblər. Qəza zamanı maşında olan 3 sərnişin dünyasını dəyişib. Qəzadan yalnız sürücü sağ çıxıb.

3 nəfərin ölümünə səbəb olan sürücü 48 yaşlı Eynur olub. Sürücü ifadə verən zaman deyib ki, ani diqqətsizliyi ilə həyatı qaralıb.

“Hadisə günü əsgərlə görüşdən gəlirdik. 2 dəfə yolu səhv getmişdim. Yolda olanda 90-lıq radara çatanda bir siqaret yandırdım. Həmin vaxt yandırıcını yerinə qoyanda bütün dünyam qaraldı. Bundan sonra heç nə yadımda qalmayıb”.

Sürücü Eynur “Renault Megane” markalı maşını idarə edirmiş. Sürücü ani diqqətsizliklə maşını yolun sağ tərəfi ilə hərəkətdə olan "KamAZ" markalı avtomobilin qoşqusuna çırpıb. Maşında onun həmyerliləri 1991-ci il təvəllüdlü Əvəz Əliyev, 1968-ci il təvəllüdlü Yeganə Qasımova və 1967-ci il təvəllüdlü Aidə Verdiyeva olub. Onlar Yeganə Qasımovanın hərbi xidmətdə olan oğlunu ziyarətdən gəlirmişlər. Qəza zamanı dünyasını dəyişən Əvəz Əliyev Yeganə Qasımovanın kürəkəni imiş. Aidə Verdiyeva isə onların qonşusu olub.

Sürücü Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib.

Tehsil-press.az

Oxşar xəbərlər