
Peskov bu barədə belə deyib:
“Qəbul edin ki, bu məsələdə silah tədarükünün tam şəkildə dayandırılması və ya yekunlaşması ilə bağlı dəqiq bir informasiya verilməyib. Əksinə, kifayət qədər ziddiyyətli bəyanatlar səslənib. Aydındır ki, tədarüklər davam edir – bu, bizə bəllidir. Eyni zamanda, Avropa ölkələrinin də Ukraynanı silahla təmin etməkdə fəal iştirak etdiyi göz qabağındadır.”
Kreml rəsmisi əlavə edib ki, bu cür hərəkətlər sülhün əldə olunması istiqamətində deyil, müharibənin davam etdirilməsinə xidmət edir:
“Avropalıların seçdiyi xətt açıq şəkildə müharibənin davamına yönəlib. ABŞ-dan Ukraynaya hansı silahların və hansı miqdarda göndərildiyini tam şəkildə anlamaq üçün isə hələ vaxt lazımdır. Hələ ki, bu barədə qarışıq və ziddiyyətli məlumatlar dolaşır”, – deyə Peskov vurğulayıb.
Tehsil-press.az