BDU-nun SABAH qruplarının 4 məzunu üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun SABAH qruplarının 4 məzunu üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Kimya müəllimliyi”, “Hüquqşünaslıq”, “Fizika müəllimliyi” ixtisasları üzrə builki məzunları Cavidan Hacıəliyev, Miranə Ağayeva, Rüqəyya Xıdırova, İlqarə Mirzəyeva üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı olmaq haqqını qazanıblar.

Proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi, eləcə də tabe qurumlarının müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.

Məzunlarımıza uğurlar arzulayırıq!

BDU-nun SABAH qruplarının 4 məzunu üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
BDU-nun SABAH qruplarının 4 məzunu üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
BDU-nun SABAH qruplarının 4 məzunu üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır


Tehsil-press.az


Oxşar xəbərlər