Düşərgənin məqsədi tələbələrin sosial fəallığının artırılması, birgə fəaliyyət mühitinin formalaşdırılması və BDU-nun tələbə təşkilatları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi olub.
Düşərgədə tələbələr istirahət edib, müxtəlif oyunlar oynayıb, kommunikasiya qurmaq və səmərəli vaxt keçirmək fürsəti əldə ediblər.
Düşərgənin sonunda BDU rektoru Elçin Babayev Universitetin ictimai həyatında fəallığı ilə seçilən tələbələri təltif edib, tələbə təşkilatlarının təşəbbüskarlığını və nümunəvi fəaliyyətini yüksək qiymətləndirərək, onlara təşəkkürünü bildirib.
Tehsil-press.az