
Bu barədə paraşüt idmanı üzrə təlimatçı Oktay Qasımov danışıb. Onun sözlərinə görə, qadın uçuş zamanı digər pilotlarla birlikdə olub, lakin arada məsafə olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb:
"Hadisəni görüblər, dərhal yaxınlaşıblar. Təəssüf ki, artıq gec idi. O, 10 il əvvəl də oxşar bir qəza yaşamışdı, lakin o zaman yüngül xəsarət almışdı. Sonradan yenidən paraşütlə uçuşlara başlamışdı".
Məlumata görə, Nuranə Məcidovanın 7 yaşlı övladı var idi.
Tehsil-press.az