Suda boğularaq ölən üç nəfər sahədə işləməyə gedib - Video

Suda boğularaq ölən üç nəfər sahədə işləməyə gedib - Video Salyan rayonunun Parça Xələc kəndində üç nəfərin ölümü ilə nəticələnən qəzanın təfərrüatı məlum olub.

Seydan kəndindən Gəncəli kəndi istiqamətində hərəkətdə olan QAZ-31 markalı minik avtomobili yol kənarındakı su kollektoruna aşıb.

Nəticədə avtomobildə olan Gəncəli kənd sakinləri, 54 yaşlı Sərraf Qafarov, 36 yaşlı Camal Dəmirov və 38 yaşlı Ramiq Həsənov hadisə yerində həyatını itiriblər.

Həlak olan şəxslərin qohumu Mehman Məlikov bildirib ki, onların hər üçü ailəli olub: “Xəbəri eşidəndə şoka düşdüm. Dedilər ki, maşın kanala aşıb. Ölənlərdən biri bacım oğludur”.

Məlumata görə, dünyasını dəyişən şəxslər qohum olublar. Onlar günorta saatlarında birlikdə yemək yedikdən sonra sahəyə işləməyə gediblər.

Hadisəni təsadüfən görən yaxın qohumlardan biri dərhal kömək məqsədilə su kanalına atılıb. Lakin avtomobilin içinə sürətlə dolan su səbəbindən heç birini xilas etmək mümkün olmayıb.

“Hadisənin baş verdiyini görüb köməyə getdik. Suya girdik ki, onları çıxaraq, amma bacarmadıq. Sürücü yerində yox idi. Ölənlərdən biri əmim oğludur”, – hadisə şahidi İbrahim Dəmirov deyib.



Tehsil-press.az

Oxşar xəbərlər