TRT-nin azərbaycanlılarla bağlı təxribatına Aygün Attardan CAVAB

TRT-nin azərbaycanlılarla bağlı təxribatına Aygün Attardan CAVAB Xəbər verdiyimiz kimi, Türkiyənin rəsmi dövlət kanalı TRT-nin kürd dilində yayım bölməsi, Güney Azərbaycanın qədim və böyük şəhərlərindən olan Urmiyanı “kürd şəhəri” kimi təqdim edib. Bu məsələ Azərbaycanda da ciddi etirazla qarşılanıb.

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı alim – professor Aygün Attar da TRT-nin bu addımını tənqid edib.

O, Güney Azərbaycanda kürd propaqandasının aparıldığını vurğulayıb:

“Bu yüksək strateji önəm daşıyan bölgəni kürd şəhəri kimi tanıtmaqda məqsəd nədir? X-XIII əsrlərin İslam coğrafiyaşünasları, xüsusən də İstixri Urmiyanı havası, suyu və meyvələrinə görə tərifləyib, Urmiyanı Azərbaycanın üçüncü böyük şəhəri kimi xarakterizə edib. O zamandan bu günə qədər Urmiya türk şəhəri kimliyini həmişə qoruyub saxlayıb.

Sözügedəm sujet isə tam da kənar bölgələrdən Urmiyaya daşınan terror qruplaşması üzvlərinin küçələrdə azərbaycanlılar əleyhinə mitinq keçirmə cəhdlərinin olduğunu bir zamanda yayımlanıb. Bu da soydaşlarımızın haqlı etirazlarına səbəb olub. Urmiyada deputat seçkiləri daxil oynana oyunlar, demoqrafik vəziyyətin azərbaycanlıların əleyhinə dəyişdirilməsi prosesindən xəbərsiz olmaq sizin eyibinizdir”.

Tehsil-press.az

Oxşar xəbərlər