Çin Avropa İttifaqına sərt xəbərdarlıq etdi: “Sanksiyalardan dərhal imtina edin”

Çin Avropa İttifaqına sərt xəbərdarlıq etdi: “Sanksiyalardan dərhal imtina edin” Çin hökuməti Avropa İttifaqının 18-ci anti-Rusiya sanksiya paketinə daxil edilən Çin şirkətləri və maliyyə qurumlarına görə Brüsselə sərt reaksiya verib.

Pekinin yaydığı bəyanatda Aİ-nin bu addımı “səhv və qeyri-məqbul” adlandırılıb. Çin tərəfi Brüsseldən dərhal bu “yanlış hərəkətlərdən” imtina etməyi tələb edib və əks halda qəti cavab tədbirləri görəcəyini bildirib:

“Avropa İttifaqının Çin müəssisələrini və banklarını sanksiya siyahısına salması beynəlxalq ticarət qaydalarına ziddir və ikitərəfli münasibətlərə ciddi zərbə vuracaq”, – deyə rəsmi bəyanatda qeyd olunub.

Xatırladaq ki, Aİ-nin sonuncu sanksiya paketi Rusiya ilə əməkdaşlıqda şübhəli bilinən 18 xarici şirkəti əhatə edir və bunların bir neçəsi Çin mənşəlidir. Pekin isə bu iddiaları rədd edir və Aİ-ni iqtisadi təzyiqlərdən çəkinməyə çağırır.

Tehsil-press.az

Oxşar xəbərlər