
Bu, proqnozdan 2,7 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,3 faiz çoxdur. Hesabat dövründə neft-qaz sektorunun büdcə daxilolmalarındakı payı 48,1 faizə bərabər olub.
Altı ayda neft-qaz sektorundan büdcəyə daxil olan gəlirlərin 24 faizi və ya 2 milyard 286,1 milyon manatını vergi orqanları təmin edib, 76 faizi və ya 7 milyard 240,5 milyon manatını isə Dövlət Neft Fondu (ARDNF). Bu isə o deməkdir ki, büdcənin neft-qaz sektorundan vergi gəlirləri 5 faiz, yaxud 121,1 milyon manat azalıb. Neft Fondundan büdcəyə transfert isə və 13,3 faiz və ya 850 milyon manat artıb.
Cari ilin birinci yarısında vergi orqanlarının xətti ilə büdcəyə daxil olmuş vəsaitlərin 52,7 faizi və ya 1 milyard 203,9 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 39,2 faizi və ya 897,6 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilər, 8,1 faizi və ya 184,6 milyon manatı isə ABƏŞ-in mənfəət vergisinin hesabına formalaşıb. Beləliklə, “Şahdəniz”dən büdcəyə daxil olan mənfəət vergisi illik ifadədə 36,9 milyon manat və ya 3,2 faiz, SOCAR-dan daxil olan vergilər 64,3 milyon manat və ya 7,7 faiz artıb, ABƏŞ-in ödədiyi mənfəət vergisi isə 222,3 milyon manat və ya 2,2 dəfə azalıb.
Tehsil-press.az