
Dövlət Statistika Komitəsindən tehsil-press.az-a bildirilib ki, istifadə olunmuş vəsaitin 10 milyard 486,0 milyon manatı və ya 80,6 faizi məhsul istehsalı obyektlərinin, 1 milyard 993,4 milyon manatı (15,3 faizi) xidmət sahələri üzrə obyektlərin, 529,7 milyon manatı (4,1 faizi) isə ümumi sahəsi 1 milyon 519,8 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 331,0 milyon manatını və ya 41,0 faizini daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitin 9 milyard 445,2 milyon manatı və ya 72,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Tehsil-press.az