Paşinyandan prokurorluğa şikayət edildi

Paşinyandan prokurorluğa şikayət edildi Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.

Bu barədə partiyanın rəsmisi Ara Zöhrabyan məlumat verib.

Qeyd olunur ki, Paşinyan hüquq-mühafizə orqanlarına və məhkəmə sisteminə həbslərin həyata keçirilməsi, cinayət işlərinin açılması, dini lider Baqrat Qalstanyan, biznesmen Samvel Karapetyanın həbsi ilə bağlı göstərişlər verir.

Bildirilir ki, bununla Paşinyan hakimiyyət bölgüsü prinsipini pozub, ədliyyə sisteminə müdaxilə edib.

Tehsil-press.az

Oxşar xəbərlər