Bu barədə cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, iyulun 23-ü saat 02:40 radələrində zəhərlənmə şübhəsilə 8 nəfər (4-ü kişi, 4-ü qadın olmaqla) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.
Məlumata görə, pasiyentlərin hər birinə zəruri tibbi yardım göstəriib və ambulator müalicə üçün evə buraxılıblar.
09.42
Kürdəmir rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin əməkdaşları müvafiq qurumlarla birgə araşdırmalar aparır.
Bu barədə AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərək, nümunələrin götürülməsi və laborator müayinələrə cəlb edilməsi istiqamətində müvafiq prosedurları icra edirlər.
İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanan və ya düzgün saxlanılmayan müxtəlif qidalardan baş verib.
Faktla bağlı araşdırmalar davam edir.
04.04
Kürdəmirdə baş verən kütləvi zəhərlənmə zamanı zəhərlənən şəxslərin adları məlum olub.
Bunlar rayonun Cəyli kənd sakinləri:
2020 təvəllüdlü Xəlilov Əli Coşqun oğlu
2013-cü il təvəllüdlü Xəlilov Ömər Coşqun oğlu
1986-cı il təvəllüdlü Şükürova Asudə Əşrəf qızı
1997-ci il təvəllüdlü Şükürov Famil Habil oğlu
1974-cü il təvəllüdlü Şükürova Şamama Əjdər qızı
2008-ci il təvəllüdlü Şükürova Şəbnəm Qabil qızı
1994-cü il təvəllüdlü Şükürova Şəlalə Habil qızı
1977-ci il təvəllüdlü Şükürov Qabil İsgəndər oğludur.
03:18
Kürdəmirdə qidadan zəhərlənənlərin sayı 8 nəfərə çatıb.
Onlardan 2-si uşaq, 6-sı böyükdür.
Onların hər biri Kürdəmir rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Müvafiq qurumlar hələlik hadisə ilə bağlı açıqlama yaymayıb.
02:45
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
Hadisə rayonun Cəyli kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri qohumlarla birgə evdə yemək yedikdən sonra qəfildən onların halı pisləşib. Ümumilikdə 7 nəfər zəhərlənib. Onlardan biri uşaqdır.
Onlar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırıblar.
Hər bir şəxsə ilkin tibbi yardım göstərilib.
Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.
Tehsil-press.az