Bakı və Sumqayıtda dəbdəbəli ehsan süfrələri niyə ləğv olunmur?-ŞOK SƏBƏB

Bakı və Sumqayıtda dəbdəbəli ehsan süfrələri niyə ləğv olunmur?-ŞOK SƏBƏB Son zamanlarda ölkəboyu çox müsbət tendensiya yayılmağa başlayıb. Belə ki, Samux, Sabirabad, Saatlı, Kürdəmirdə ardıcıl olaraq dəbdəbəli ehsan süfrələrinə son qoyulub, yas məclislərində çay, xurma və halva verilməsi qərara alınıb. Bu qərar həmin bölgələrin əhalisi tərəfindən də müsbət qarşılanıb. Çünki əhali də başa düşür ki, dəbdəbəli ehsan süfrələri, ümumiyyətlə dəbdəbənin özü İslam dininə də ziddir. Sadəcə qınaq obyekti olmamaq üçün heç kim ilk addımı atmaq istəmir. Lakin ümumi qərar olduqda artıq hər kəs onu könüllü icra etməyə razı olur.

Bəs görəsən Bakı, Sumqayıt və Abşeronda bu sahədə vəziyyət necədir? Bu ərazilərdə də belə bir qərar verilə bilərmi? Aparılan araşdırmalar nəticəsində məlum oldu ki, Bakı, Sumqayıt və Abşeron ərazisində mərasim evlərinin əksəriyyəti məmurlara, onların himayəsində olanlara və bəzi imkanlı ruhanilərə məxsusdur. Ona görə də yas məclislərində dəbdəbəli ehsan süfrələrinin yığışdırılaraq çay, xurma və halva ilə əvəz olunması həmin şəxslərin “yas biznesi”nə sarsıdıcı zərbə vura bilər. İnsanların acısından, kədərindən da pul qazanmağa çalışanlar dəbdəbəli yas məclislərinin yığışdırılmasındansa, “yas biznesi”nin daha da çiçəklənməsinin tərəfdarı olduqları üçün belə bir qərarın verilməsinə qarşıdırlar. Bu səbəbdən də Bakı, Sumqayıt və Abşeronda analoji qərarların artıq icra hakimiyyətləri səviyyəsində verilməsi zərurəti ortaya çıxır.

Tehsil-press.az

Oxşar xəbərlər