İsrailin Yerusəlim İbrani Universitetinin (HUJI) əməkdaşı İlya Kublanov bu ilin 7-20 oktyabr tarixlərində BDU-da səfərdə olub. Səfərin məqsədi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında ”Biotexnologiya” ixtisaslaşması üzrə "Sinergetik proqramlar"ın həyata keçirilməsidir. Səfər zamanı İlya Kublanov BDU-nun rektoru Elçin Babayev ilə görüşüb və Biologiya fakültəsində tələbə, magistrant, doktorant və əməkdaşlar üçün 8 mühazirədən ibarət kursu təqdim edib.
İlya Kublanovun "Mikrob metabolizmi: sonsuz variasiyalar" mövzusunda mühazirə və seminarlar kursu mikroorqanizmlərin müxtəlifliyi, onlar tərəfindən həyata keçirilən metabolik, əsasən də katabolik proseslər haqqında müasir təsəvvürlərə həsr olunub. Prokaryotların metabolizm müxtəlifliyinə həsr olunmuş mühazirələrdən əlavə, müxtəlif yaşayış yerləri mikrobiomlarının tədqiqində istifadə olunan molekulyar-filogenetik metodlar, müasir yanaşmalar, həmçinin müqayisəli genomika və digər omiks (transkriptom, proteom və s.) məlumatlarına əsaslanaraq “in silico” metabolik reaksiyaların deşifrələnməyinə imkan yaradan üsullar müzakirə olunub.
Biologiyanın sürətlə inkişaf edən bu sahəsi ilə tanışlıq müvafiq istisaslaşmalar üzrə təhsilalanlar üçün olduqca önəmli, eyni zamanda kursun sonrakı mühazirələrini daha yaxşı anlamaq üçün zəruridir. Mühazirələrdə prokaryotların metabolik imkanlarının ümumi mənzərəsi nəzərdən keçirilib, katabolik proseslərin bütün zəruri komponentləri təhlil edilib. Bununla yanaşı, Yer biosferinə təsiri baxımından genişmiqyaslı proseslər, termodinamik həyat sərhədinə yaxın olan unikal və qeyri-adi proseslər nümunə olaraq göstərilib. İlya Kublanov yüksək temperatur, yüksək və aşağı pH, yüksək duzluluq, təzyiq və digər ekstremal şəraitlərdə inkişaf edə bilən ekstremofil mikroorqanizmlərə həsr olunmuş mühazirə də deyib. Mühazirədə belə mikroorqanizmlərin yaşayış yerləri, eləcə də onların qeyd olan şəraitdə uğurla mövcud olmasına imkan yaradan sabitlik mexanizmlərinin nümunələri göstərilib.
Tehsil-press.az