
Bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı paylaşıb. O bildirib ki, hadisə bir neçə gün əvvəl “Azneft” İstehsalat Birliyinin Neft Daşları Neft-Qaz Çıxarma İdarəsinin Mənzil-İstismar Sahəsində qeydə alınıb.
Belə ki, estakada üzərində hərəkət edən zibildaşıyan avtomobilə qəfil arxadan avtokran çırpılıb. Hadisə nəticəsində zibil maşınında olan qadın işçilər müxtəlif dərəcəli xəsarətlər alıblar:
“İlkin məlumata görə, toqquşmaya səbəb avtokranın əyləc sistemində yaranmış nasazlıq olub. Təmirə ehtiyacı olan bu texnikanın istismara buraxılması daha ağır fəsadlara, o cümlədən yüksək təzyiqli qaz xətlərinə zərbə ilə nəticələnə bilərdi.
Məlumata görə, hadisə ilə bağlı hələlik heç kim məsuliyyətə cəlb edilməyib”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Tehsil-press.az