Desant göndərəcəksiz? – Azərbaycan və Rusiya deputatları arasında qarşıdurma

Desant göndərəcəksiz? – Azərbaycan və Rusiya deputatları arasında qarşıdurma Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev və Milli Məclisin deputatı Rasim Musabəyov arasında qarşıdurma yaşanıb.

Rusiyalı deputat Rusiya hökumətini Azərbaycanla ticarət əlaqələrini dayandırmağa çağırıb, həmçinin Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat”ın keçirilməsindən danışıb.

Rasim Musabəyov isə bu ittihamlara cavab verib:

“Xahiş edirəm, xəritəni açın və baxın. Sizə hərbi akademiyalarda öyrədilənlər hara gedib? Azərbaycan ilə Rusiya sərhədi böyük Qafqaz dağları ilə ayrılır. Siz necə düşünürsünüz ki, bu dağları aşaraq Azərbaycana qarşı xüsusi əməliyyat keçirəcəksiniz? Və ya Azərbaycan sahillərində desant əməliyyatı təşkil edəcəksiniz? Bu, mümkün deyil, bunu etməyə cəhd edənlərin qırıntıları belə qalmaz!”

Deputat əlavə edib ki, Azərbaycan ordusu həbsxanalardan toplanan qüvvələrdən ibarət deyil və Rusiyanın Qafqazda birləşdirdiyi ordudan dəfələrlə güclüdür.

Bu açıqlamadan sonra Qurulyov Azərbaycana hədə-qorxu gəlmədiyini deyib. Musabəyovun ona ünvanladığı açıqlamaları şərh etməsi xahiş olunanda isə rusiyalı deputat azərbaycanlı həmkarını təhqir edib və onun bəyanatlarına reaksiya verməyəcəyini deyib.

Tehsil-press.az

Oxşar xəbərlər